SIĞORTA

A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirdi
16 APREL
272

A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirdi

2018-04-16 16:09:00

22 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 1 832 967.44 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə müqayisədə 211 000 AZN çox olmuşdur və bu da müqayisədə 13% artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 1 627746.58 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.

Kasko üzrə sığorta haqları iki dəfə artıb, səyahət sığortası üzrə isə 65% artmışdır.

2018-ci ilin birinci rübündə A-Qroup-un sığortalıları 1 693 340.89 AZN məbləğində ödəniş  almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 1 652 707.59 təşkil etmişdir. Ortalama olaraq A-Qroup 2018-ci ilin birinci rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271