SIĞORTA

İcbari avtosığorta üzrə yeni sistemə keçildi –EKSKLÜZİV
16 APREL
2335

İcbari avtosığorta üzrə yeni sistemə keçildi –EKSKLÜZİV

2018-04-16 10:14:00

İcbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb. Fins.az-ın əldə etdiyi məlumata görə, aprel ayının 15-dən etibarən tətbiqinə başlanılmış yeni sistemin başlıca özəlliyi avtomobilllərin icbari sığortası növü üzrə müqavilələrin buraxılmasında vasitəçilik edən bazar iştirakçılarının (sığorta vasitəçilərinin) məcburi qeydiyyatının aparılmasına, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin və sığortalanan avtonəqliyyat vasitələrinin dürüst identifikasiyasına şərait yaratmasıdır. Belə ki, artıq icbari sığorta müqavilələri həm sürücülərin, həm də avtonəqliyyat vasitələrinin qeydiyyat məlumatları müvafiq dövlət informasiya ehtiyatlarından real zaman rejimində sinxronlaşdırılmaqla bağlanacaq. Qeyd etmək lazımdır ki, icbari sığorta müqavilələri əvvəlki qaydada, yəni İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti tərəfindən buraxılacaq və burada hər hansı mərkəzləşmədən söhbət getmir. Yeni sistem həmçinin mobil tətbiq vasitəsilə sığorta şirkətlərinin və vasitəçilərinin ixtiyarına verilmişdir ki, bunun da vasitəsilə onlar daha öz müştəriləri olan sığortalılara daha çevik xidmət göstərə biləcəklər.

Başqa sözlə, iki əsas yenilik edilib. Birincisi avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət orqanının sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq. Digər tərəfdən sığorta vasitəçilərinin, yəni agenlər satışları elektron və yaxud ASAN İmza ilə etdikləri üçün İSB onların bütün fəaliyyətini izləyə biləcək. 

Yeniliyin tətbiqi ilə sığorta predmeti ilə bağlı saxta məlumatların sistemə daxil edilməsi və bunun nəticəsində meydana gələ bilən sığorta haqqının azaldıması kimi neqativ halların da qarşısı alınacaq.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253