SIĞORTA

Sığorta şirkəti ilk texnoloji yeniliyi tətbiq etdi
13 APREL
710

Sığorta şirkəti ilk texnoloji yeniliyi tətbiq etdi

2018-04-13 12:04:00

Azərbaycanın sığorta bazarında öz yenilikləri ilə seçilən “Qala Sığorta” şirkəti baş ofisində “all-wireless” konsepsiyasının tətbiqi çərçivəsində “Huawei Enterprise”ın “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olub. Bu layihə “Mars Tech” şirkətinin ixtisaslı mütəxəssisləri sayəsində uğurla həyata keçirilib. “Huawei” şirkətinin həlli unikal texnoloji xüsusiyyətlərə malikdir: Belə ki, mövcud strukturlaşdırılmış kabel sisteminindən istifadəsi imkanı, ənənəvi simsiz “Wi-Fi” həllərindən öz səmərəliliyi ilə 20%-ə yaxın fərqlənməsi və məlumat itkilərinin qarşısı alınmasına dair hər bir istifadəçi üçün müstəqil rouminq əhatəsinin təmin edilməsi sistemin əsas texnoloji xüsusiyyətləridir.

 "Baş ofisin simsiz şəbəkəsi ilə 100% əhatələnməsi, təmir-tikinti işləri aparılmadan mövcud infrastruktur bazasında təmin edilməsi texnoloji baxımdan bizim əsas tələblərimizdən biri idi. Biz Azərbaycanda “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olduq. Təbii ki, müasir dövrdə informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Düşünürəm ki, gələcəkdə bu inkişafdan yararlanaraq IT sahəsində bir çox yeniliklər tətbiq edəcəyik”, - deyə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib.

 Həllin arxitekturası ənənəvi “controller-based” tətbiqindən bir qədər fərqlənir və hələ də iki növ cihazı ehtiva edir: WLAN kontrollerləri (AC) və giriş nöqtələri (AP). Əsas fərq, giriş nöqtələrinin artıq iki növə bölünməsidir: mərkəzi giriş nöqtələri (Central AP) və simsiz ötürmə cihazları (RRU).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259