SIĞORTA

"Günay Sığorta"nın rəhbərliyində dəyişiklik olub -EKSKLÜZİV
10 APREL
1163

"Günay Sığorta"nın rəhbərliyində dəyişiklik olub -EKSKLÜZİV

2018-04-10 13:42:00

"Günay Sığorta" şirkətinin idarə heyətində dəyişiklik olub. Şirkətdən Fins.az-a verilən məlumata görə, İdarə Heyətinin sədri Həsən Bədəlov yenidən Müşahidə Şurasının üzvü seçilib. “Günay Sığorta” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı əsasında Axundov Eldar Fikrət oğlu “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini və sədri vəzifələrini müvəqqəti icra edən təyin edilib.

Şirkətdən o da bildirilib ki,  bununla bağlı məlumat Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” qanununun 38.3-cü bəndinə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına göndəriləcək.

 Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259