SIĞORTA

“Azərsığorta”nın rəhbərliyində yeni təyinat olub
09 APREL
732

“Azərsığorta”nın rəhbərliyində yeni təyinat olub

2018-04-09 19:17:00

“Azərsığorta” şirkətinə idarə heyətinin sədrinə müşavir təyin edilib. Fins.az xəbər verir ki, Tia.az-ın sığorta bazarında əldə etdiyi məlumata  görə, Vüqar Babakişiyev  mart ayından etibarən idarə heyətinin sədri Məmməd Məmmədovun müşaviri kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, V.Babakişiyev 2001-ci ildən “Azərsığorta”  şirkətinin sədrinin müşaviri vəzifəsində işləməyə başlayıb. Daha sonra şirkətin Beynəlxalq Əlaqələr və Təkrarsığorta Departamentinin direktoru təyin edilib. 2017-ci ilin əvvəlinə qədər “Azərsığorta”nın idarə heyətinin üzvü olub. 2017-ci ilin yanvar ayında “Günay Sığorta”nın idarə heyətinin sədri təyin edilib. Ötən ilin sonundan isə həmin sığorta şirkətindən ayrılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280