SIĞORTA

"InsurALL" sığorta agentliyi passiv fəaliyyətə keçib
05 APREL
312

"InsurALL" sığorta agentliyi passiv fəaliyyətə keçib

2018-04-05 13:23:00

Azərbaycanda yeni yaradılmış "InsurALL" sığorta agentliyi hazırda fəaliyyətini passiv şəkildə davam etdirir. Fins.az xəbər verir ki, bu barədə saytın sorğusunu cavablandıran şirkətin rəhbəri Əli Bayramov özü məlumat verib. 

Ə.Bayramov bildirib ki, şirkət fəaliyyətini passiv şəkildə davam etdirir: "Fəaliyyətimizi plan üzrə davam etdiririk. Sadəcə maliyyə çətinliklərimiz var. Bu da düşünürəm ki, yaxın zamanlarda öz həllini tapacaq". 

Qeyd edək ki, "InsurALL” MMC adlanan yeni sığorta agentliyi 2017-ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlayıb. Şirkət digər sığorta agentliklərindən fərqli olaraq təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirir. (Fed.az) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280