“Atəşgah Həyat" 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. Fins.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il "Atəşgah Həyat"ın xalis mənfəəti 1,7 dəfə artaraq 4,792 milyon manata çatıb. 2016-cı ildə isə şirkətin xalis mənfəəti 2,799 milyon manat təşkil etmişdi.
O cümlədən, ötən il “Atəşgah Həyat”ın cəmi gəlirləri 39,6% artaraq 71,612 milyon manat, cəmi xərcləri isə37,3% artaraq 65,622 milyon manata yüksəlib. 2016-cı ildə həyat sığorta şirkətinin cəmi gəlirləri 51,279 milyon manat, cəmi xərcləri isə 47,780 milyon manat təşkil etmişdi. Sığorta şirkətinin tam hesabatı belədir:



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır