SIĞORTA

“Meqa Sığorta” ASC-nin yeni filialı açıldı
04 APREL
553

“Meqa Sığorta” ASC-nin yeni filialı açıldı

2018-04-04 10:58:00

“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Lənkəran şəhərində yeni - “Cənub” filialının açılışını həyata keçirib. Şirkətdən Fins.az-a verilən məlumata görə, bu filial vasitəsilə Lənkəran şəhəri və Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonları üzrə fiziki və hüquqi şəxslərə “Meqa Sığorta” ASC-nin bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. Yeni filial cənub regionu üzrə müştəri xidmətləri  keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 Qeyd edək ki, hal-hazırda sığorta şirkətinin Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Mingəçevir, Lənkəran şəhərlərində, Qobustan,  Şəmkir, Şamaxı, Zaqatala, Xaçmaz, Xudat, Ağsu, Ağcəbədi rayonlarında geniş filial və nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Xatırladaq ki, Meqa Sığorta ASC  fəaliyyətə 2010-cu ildə başlayıb. Şirkət müştərilərə 30 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri  xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268