“Günay Sığorta” şirkəti 2017-ci ili 96 min manat xalis mənfəətlə başa vurub. Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 7,7% azdır.
Ötən il “Günay Sığorta”nın gəlirləri 5,507 milyon manat, xərcləri isə 5,411 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,349 milyon manat olub ki, bu da illik müqayisədə 44,2% çoxdur. 2017-ci ildə şirkətin öhdəlikləri 3 dəfə artaraq 6,516 milyon manata, balans kapitalı isə 0,3% artaraq 7,833 milyon manata çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır