SIĞORTA

"Qala Sığorta" ötən ildən zərərlə çıxıb
02 APREL
186

"Qala Sığorta" ötən ildən zərərlə çıxıb

2018-04-02 11:33:00

“Qala Sığorta” ASC 2017-ci ili 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, şirkət ötən ili 619 min manat xalis zərərlə başa vurub. Halbuki 2016-cı ildə 253 min manat xalis mənfəətlə əldə etmişdi.

Ötən il “Qala Sığorta”nın gəlirləri 10,659 mln. manat, xərcləri isə 11,278 mln. manat təşkil edib.

Bu il yanvarın 1-nə şirkətin aktivləri 15,05 mln. manat olub ki, bu da illik müqayisədə 37% çoxdur. 2017-ci ildə “Qala Sığorta”nın öhdəlikləri 2,5 dəfə artaraq 7,778 mln. manata çatıb, balans kapitalı isə 7,8% azalaraq 7,272 mln. manata düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279