SIĞORTA

Mikrosığorta nədir və necə işləyir? - MƏQALƏ
02 APREL
553

Mikrosığorta nədir və necə işləyir? - MƏQALƏ

2018-04-02 10:40:00

Dünyanın əksər ölkələrində aşağı gəlirli insanlar yaşayır və bu insanların alıcılıq qabiliyyətinin aşağı olması bank və sığorta məhsullarını ala bilməməsinə gətirib çıxardır ki, bu da həmin insanlar risklə qarşılaşdığı halda, iqtisadi itkiyə məruz qalmalarına şərait yaradır. Əlbəttə ki, əgər həmin şəxslər istehsalçıdılarsa, onda onlar artıq iqtisadiyyat üçün itirilmiş istehsalçı olurlar ki, bu da mənfi hal kimi olur. Həmçinin sığorta məhsullarının alınması yığımın edilməsinin də qarşısını alır. Dünya təcrübəsində aşağı gəlirli əhalinin sığorta məhsullarından istifadə etməsi üçün Mikrosığortadan tətbiq olunur. Mikrosığorta ilk dəfə 2006-cı ildə Muhammad Yunus tərəfindən dünyaya çatdırılmışdı və aşağı gəlirli əhalinin yüksək olduğu Hindistan, Braziliya, Filippin və bir sıra ölkələrdə uğurla tətbiq olunur. Mikrosığortanın tətbiq olunması həmçinin, sığorta şirkətlərinin gəlirlərinin və müştəri portfoliolarının artmasına gətiirb çıxardır.

Azərbaycanda da mikrosığortanın tətbiqi ilə bağlı müzakirələr aparılır və biz də bu növ haqqında sizlərə məlumat çatdıracaq. İlk öncə Mikrosığortanın işləmə prinsipi haqqında məlumat verək. Mikrosığortanın işləmə prinsipi ilə bağlı sadə izah;

Kiçik bir karavanda qəhvə satırsız. Bu iş bütün ailənin gəlir mənbəyi olur və bir gün gəldikdə həmin karavan itkiyə məruz qalacaq risklə qarşılaşdıqda ailənin bütün gəlir mənbəyi itir. Karavanı yenidən əvvəlki vəziyyətinə gətirməyə ailənin imkanı olmur və biznes “batmağa” doğru gedir. Mikrosığortanın tətbiq edilmə məqsədi bu “batış”dan qurtarmaqdır. Həmin şəxs mikrosığorta vasitəsi ilə çox az xərc çəkərək, öz karavanını sığortaladır və beləliklə də qəzadan özünün iqtisadi itkisini sığortalaya bilir. Mikrosığorta aşağı sığorta haqlarının qarşılığında şəxslərə limitli ödənişlər, tibbi və bir sıra sığorta növləri təmin edir ki, bu da aşağı gəlirli şəxslərin risklərə qarşı xərclərini xeyli yüngülləşdirir.  Buradan belə çıxır ki, mikrosığortanın normal ənənəvi sığortadan fərqi burda ödənişlər də aşağı olur, lakin aşağı gəlirli insanlar üçün bu ödəniş də kifayət edir.

Statistik araşdırma aparıldıqda, dünyada 60%-a yaxın insanın satın alma gücü gündəlik 8$-ın altındadır. Təxminən bu rəqəm 4 milyarda yaxındır və bu 4 milyardın 2.6 milyardı gündəlik qazancı 2 milyarddan aşağıdı. Mikrosığortanın da burda əsas məqsədi aşağı gəlirli insanların gündəlik yaşayışlarında qarşılaşa biləcəkləri risklərini idarə etmələri üçün bir vasitənin olmaısıdr. İnsanlar risklərini idarəedərək, borclardan da qaçaraq, zaman keçdikcə yığım da edə biləcəklər ki, bu da onların getdikcə vəziyyətinin yaxşılaşmasına və həyat səviyyəti düzəltmələri üçün bir şans yaradacaqdır.

Mikrosığorta ilə bağlı başqa bir misalda isə, Cənubi Afrikada Taksi sığortası Hollard şirkəti tərəfindən təklif edilir və çox insanın avtomobili olmadığı üçün raflardan, kiçik avtomobuslardan istifadə edirlər. Normaldır ki, tələbin çox olduğu yerdə raflarda həddindən artıq müştəri səyahət edir və rafların qəza statistikası çox olur. Taksi sığortası kiçik xərclə sərnişinlərin məsuliyyət sığortasını öz üstünə görür. Məsələn sərnişin rafa minəndə ödədiyi ödənişin bir qismi sığortaya yönəldilir.

Mikrosığortanın ən çox tətbiq edilən növləri;

Yanğın sığortası

Mal-qara/sürü sığortası

Ölüm sığortası

Xəstəlik sığortası

Kənd-təsərrüfatı sığortası

Mikrosığortanın gəlirliyini analiz etdikdə, mikro-sığortanın gəlir qazanma modlei ABŞ-dakı Wal-Mart ın iş modelinə bənzəyir. “Aşağı gəlir/yüksək həcm” Buradan başa düşülən, tətbiq edilən strategiya doğru qiymət strategiyası edərək, aşağı qiymətlərdə çoxlu sayda satış etməkdir ki, gəlir xərcdən çox olduğunda bu şirkət üçün qazanc deməkdir. Bunla bağlı AIG (Amerikan Insurance Group) Uganda 20-dən çox şirkətə qrup fərdi qəza sığortası satır və bu satış AIG Ugandanın gəlirlərinin 17%-ni, mikrosığorta məhsulları şirkətlərin gəlirlərinin 23%-40%-ni əhatə edir.

Mikrosığorta bazarında fəaliyyət göstərən şirkətlərin əsas qarşılaşdıqları problemlər sığorta məhsulunun gəlirliyinin dəyərləndirilməsi, lazımi xərclərin, sığorta ödənişlərinin hesablanması ilə bağlı olur ki, sığorta ödənişlərinin analizinə ayrılan xərc gəlirliliyi düşürdüyü üçün, çox şirkət bunu analiz etmir. Mikrosığorta ilə bağlı ən çətini tibbi sığortadır. Çünki adətən ən çox tələb edilən sığorta məhsulu olur və tibbi sığortanın mikrobilgilərini əldə etmək şirkətlər üçün çətinliklər yaradır. Bundan əlavə, Dünya Bankı “Microinsurance Network Key Performance “ analizləri ilə mikrosığorta ilə bağlı araşdırmalar apararaq, şirkətlər üçün əsas bələdçilik edəcək materiallar hazırlayır.

Məhəmməd Məmmədli

Fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256