SIĞORTA

"AXA MBASK" ötən ilin hesabatını açıqladı
27 MART
314

"AXA MBASK" ötən ilin hesabatını açıqladı

2018-03-27 17:24:00

“AXA MBASK” 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, sığorta şirkəti 2017-ci ili 368 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 404 min manat xalis mənfəətlə çıxmışdı.

Ötən il “AXA MBASK”ın cəmi gəlirləri 27,339 milyon manat, xərcləri isə 27,707 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə şirkətin aktivləri 33,77 milyon manat olub ki, bu da illik müqayisədə 11,8% azdır. 2017-ci ildə “AXA MBASK”ın öhdəlikləri 17,2% azalaraq 15,168 milyon manata, balans kapitalı isə 6,9% azalaraq 18,603 milyon manata düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273