SIĞORTA

Könüllü sığorta bazarında "yaz havası" başladı
27 MART
276

Könüllü sığorta bazarında "yaz havası" başladı

2018-03-27 12:50:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 106,779 milyon manat sığorta haqqı toplanılıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 31,1% çoxdur.

2 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 4,5% artaraq 23,376  milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 29,638 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 17,5% azdır. Ötən 2 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 36,5% artaraq 10,85 milyon manata çatıb.

Beləliklə, 2018-ci ilin yanvar-fevralında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-fevralında 44,1 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,6 manatdan 46,4 manata qalxıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256