SIĞORTA

Sığorta bazarının vəziyyəti məlum oldu -RƏQƏMLƏR
20 MART
362

Sığorta bazarının vəziyyəti məlum oldu -RƏQƏMLƏR

2018-03-20 11:18:00
2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanmış, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

 Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, ilin ilk iki ayında könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olub.

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i  könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276