SIĞORTA

“Standard İnsurance” kütləvi ödəniş verdi
19 MART
1318

“Standard İnsurance” kütləvi ödəniş verdi

2018-03-19 14:19:00

“Standard İnsurance” bayram günləri ilə əlaqədar sığorta ödənişlərini əvvəlcədən verib. Şirkətdən fins.az – a verilən məlumata əsasən, Novruz bayramı ilə əlaqədar ardıcıl 7 qeyri-iş günü olması  nəzərə alaraq, qeydiyyata alınmış 130 sığorta hadisəsi üzrə ödənişlər 1 gün ərzində  verilib.  Şirkət bu hadisələr üzrə operativ olaraq 110000 manata yaxın  kütləvi  ödəniş həyata keçirib. Məqsəd müştəri məmnuniyətinə nail olmaqdır.

Bununla yanaşı öhtəliklərin xeyli hissəsi tam olaraq qarşılanıb.  Növbəti belə addımın yaxın gələcəkdə bir daha təkrarlanması planlaşdırılır.

Qeyd edək ki,  “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır. ASC “Standard İnsurance” Sığorta Şirkəti müştərilərinin və yerli sığorta bazarının tələblərinə uyğun olaraq geniş miqyaslı sığorta xidmətləri göstərir. Müştərilərə yüksək səviyyədə sığorta xidmətləri göstərmək məqsədi ilə şirkət fəaliyyətini daimi inkişaf etdirir, işçilərinin peşəkar səviyyədə təkmilləşməsi üçün müntəzəm olaraq lazım olan şəraiti yaradır. Onu da qeyd etmək istərdik ki, “Standard İnsurance” 15 ildir öz fəaliyyətini davam etdirməkdədir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256