“Meqa Sığorta” 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb. Fins.az şirkətin hesabatına əsasən xəbər verir ki, xalis mənfəət 18,6% azalaraq 4,968 milyon manata düşüb. 2016-cı ildə bu rəqəm 6,107 milyon manat olub. Ötən il “Meqa Sığorta”nın cəmi gəlirləri 20% azalaraq 20,108 milyon manat, cəmi xərcləri 20,6% azalaraq 13,897 milyon manat təşkil edib.
“Meqa Sığorta” 2017-ci ildə 16,640 milyon manat sığorta haqları toplaya bilib. Bu 2016-cı il ilə müqayisədə 17% azdır. Sığorta ödənişləri isə ötən il 4,174 milyon manatdan 3,176 milyon manat düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır