SIĞORTA

Ağdaşda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirildi
14 MART
284

Ağdaşda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirildi

2018-03-14 15:31:00

Martın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Habil Əliyev adına musiqi məktəbində rayon sakinləri ilə görüş keçirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Tədbiri giriş sözü ilə açan Ağdaş rayon icra hakimiyyətinin başçısının müavini Aynur Novruzova qeyd etmişdir ki, tibbi xidmətlərin Ağdaş rayon sakinlərinin hər biri üçün əlçatan olması və icbari tibbi sığortanın tətbiqi ilə bağlı çevikliyin artırılması üçün zəruri olan bütün mexanizmlər prezidentin müvafiq Fərmanında öz əksini tapmışdır.

Ağdaş rayonunda keçirilən tədbirlərdə Agentliyin əməkdaşları Sadiq Mədətov və Tural Qulu icbari tibbi sığortanın əhəmiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış ediblər. Çıxışçılar icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, Azərbaycanda universal və dayanıqlı tibbi sığorta modelinin tətbiqini Agentliyin əsas prioriteti olduğunu vurğulayıblar.

Bununla yanaşı, tədbir iştirakçılarına baza zərfi çərçivəsində təminat verilən 1829 adda tibbi xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, pilot layihə çərçivəsində təminat verilən tibbi xidmətlərdən 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Tədbirlərin sonunda agentliyin əməkdaşları əhalini maraqlandıran sualları cavablandırıblar.

Əhalinin məlumatlandırılması məqsədi ilə keçirilən tədbirlərdə bukletlər paylanılıb, posterlər vurulub.

Qeyd olunmalıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon icra hakimiyyəti ilə birlikdə mart və aprel ayları ərzində əhali ilə maarifləndirici görüşlərin keçirilməsini nəzərdə tutub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267