SIĞORTA

ADİF sığortaçı axtarır
14 MART
280

ADİF sığortaçı axtarır

2018-03-14 11:24:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tibbi sığorta xidmətlərinin satın alması üçün kotirovka sorğusu elan edib. Fins.az Fonda istinadən xəbər verir ki, kotirovka təklifləri martın 28-i, saat 12:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında qəbul olunur. 

Əlaqələndirici şəxs Dəyanət Vəliməmmədlidir (tel.: (051) 510-24-94). 

Təkliflərə həmin gün saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Fondun əməkdaşlarına tibbi sığorta xidməti bu tarixdən başlayaraq 1 il müddətinə göstərilməlidir. Qeyd edək ki, ümumilikdə 21 nəfərin sığortalanması nəzərdə tutulub. Bunlardan 1-i 20 min manat, 20-si isə 15 min manat məbləğində sığortalanacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256