SIĞORTA

Fərid İsmayılzadə Palatanın qərarına münasibət bildirib
13 MART
975

Fərid İsmayılzadə Palatanın qərarına münasibət bildirib

2018-03-13 18:27:00

"Qolden Pey" ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının  xəbərdarlığına münasibət bildirib. Fins.az xəbər verir ki,  F.İsmayılzadə Facebook səhifəsində bunları yazıb: "Əlbəttə, buna sevinənlər və bununla bağlı çox narahat olan dostlarım var. Bildirmək istəyirəm ki, xəbərdarlıq məktubunda qeyd edilən qanun sığorta məhsulunun satışına görə endirim və ya hədiyyənin verilməsini qadağan edir, bazanın toplanmasına görə deyil. İstənilən halda, Palatanın məktubunu, planlaşdırdığımız əməkdaşlıqları və böyük layihələri nəzərə alaraq kampaniyanı dayandırırıq. Məlumdur ki, biz ölkədə nağdsız ödənişlərin inkişafına hansı töhvəni vermişik və verməkdə davam edirik. Ölkədə nağdsız ödənişlərin inkişafına ölkə rəhbərliyi səviyyəsində dəstək göstərilir. "Əminəm ki, ölkəmizdə sığortanın online satışı sürətlə inkişaf edəcək və Palata da bu məsələdə zəruri dəstəyini davam etdirəcəkdir

 Xatırladaq ki, sığorta bazarı iştirakçılarının hədiyyəli yarışla bağlı narahatçılığını nəzərə alaraq Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu verib. Palatadan bildirilib ki, həyata keçirilən sığorta bazarının monitorinqi zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixləri aralığında hədiyyəli yarışın keçirildiyi müəyyən edilib.

 Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat verilib. 

Palatadan sığorta satışı ilə bağlı “QoldenPey”ə xəbərdarlıq –TƏLƏBLƏRİ POZUB

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276