SIĞORTA

Evini sığortalamayanlar cərimələnəcək
12 MART
5436

Evini sığortalamayanlar cərimələnəcək

2018-03-12 18:23:00

Azərbaycanda əmlakın icbari sığortasından istifadə etməyənlərə  qarşı cəza tədbirləri başlana bilər. Fins.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib. Onnu sözlərinə görə, hazırda sığorta bazarı ilə bağlı müzakirə olunan məsələlərdən biri mənzillərin və yaşayış evlərinin icbari sığortası mexanizminin işlək vəziyyətə gətirilməsidir. Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, ölkə vətəndaşları sahibi olduqları mənzil və evləri sığortalamalıdırlar. Sığorta paketi standartdır: ölkənin ayrı-ayrı əraziləri üçün sığopta haqqı 30-50 manat arasında, bu məbləğ müqabilində ödəniş limiti isə 15-25 min manata qədər dəyişir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Palatadan sığorta satışı ilə bağlı “QoldenPey”ə xəbərdarlıq –TƏLƏBLƏRİ POZUB

Bununla yanaşı, ölkə əhalisi əmlakın sığortalanmasına böyük həvəs göstərmir. Bu sahədə yığımlar hələlik sığorta bazarının potensialından qat-qat aşağıdır. Əmlak sığortasında inzibati nəzarət tədbirləri də demək olar ki, yoxdur. Bu sahədə yeganə işlək mexanizm evlərin alqı-satqısı və girov müqavilələri zamanı notariat əməliyyatlarında sığorta müqaviləsinin tələb olunması, eləcə də girov qoyulmuş əmlakın hər il sığortalanmasıdır. Amma bu əməliyyatlara cəlb olunmayan mənzillər və evlər icbari sığortalanmır. ASA rəhbəri bildirib ki, yaranmış vəziyyəti dəyişmək üçün bu sahədə cəza mexanizmlərinin tətbiqi təklif ediləcək: «Bu sahədə cərimələnin tətbiqini təklif etmişik». Amma hələlik bu təklifin qəbul edilib-edilməyəcəyi və qəbul ediləcəyi təqdirdə cərimənin məbləği məlum deyil.

Xatırladaq ki, icbari sığortadan yayınmağa görə, cərimə mexanizmi avtomobil sahiblərinin məsuliyyətinin sığortasında nəzərdə tutulub. Belə ki, məsuliyyətini sığortalamayan maşın sahibləri 50 manat cərimələnirlər. (fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267