SIĞORTA

Kənd təsərrüfatı sığortasının "pası açılır"
12 MART
413

Kənd təsərrüfatı sığortasının "pası açılır"

2018-03-12 11:26:00

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib. Fins.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, sahə üzrə ekspertlər iştirak etdi. “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi yenidən müzakirəyə çıxarıldı və tərəflər öz mövqelərini bildirdilər. Sığortaçılar tərəfindən təklif edilən əlavə və dəyişikliklər nəzərdən keçirildi və yekun təkliflərin Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilməsi qərara alındı.

Ölən müştərinin vərəsələrinə 119 min manat sığorta pulu verildi

Xatırladaq ki, 16 fevral tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar İşçi Qrupu formalaşdırılıb. İşçi qrupunun tərkibi sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər ibarət olmuş və indiyə qədər İşçi Qrupunun üç görüşü keçirilib.

Palatadan sığorta satışı ilə bağlı “QoldenPey”ə xəbərdarlıq –TƏLƏBLƏRİ POZUB

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256