SIĞORTA

Palatadan sığorta satışı ilə bağlı “QoldenPey”ə xəbərdarlıq –TƏLƏBLƏRİ POZUB
12 MART
1280

Palatadan sığorta satışı ilə bağlı “QoldenPey”ə xəbərdarlıq –TƏLƏBLƏRİ POZUB

2018-03-12 10:16:00

Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirilən sığorta bazarının monitorinqi zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixləri aralığında hədiyyəli yarışın keçirildiyi müəyyən edilib. Bu barədə MBNP Fins.az-ın sorğusuna əsasən bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ölən müştərinin vərəsələrinə 119 min manat sığorta pulu verildi

Məlumata görə, “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.

Palatadan isə “Qolden Sığorta Agenti” MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Ölən müştərinin vərəsələrinə 119 min manat sığorta pulu verildi

Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat verilib. 

Azərbaycanda bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267