SIĞORTA

“Audatex” tam olaraq özünü doğrultmur" -AÇIQLAMA
09 MART
374

“Audatex” tam olaraq özünü doğrultmur" -AÇIQLAMA

2018-03-09 11:21:00

"Azərbaycanda sığorta sahəsində qiymətləndirmə ilə bağlı müstəqil ekspert institutu təəssüf ki, kifayət qədər inkişat etməyib". Bunu Fins.az-a  Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) sədri Mustafa Abbasbəyli deyib. 

İSB ilə sığorta şirkətləri arasında fikir ayrılığı -YENİLİK RƏQABƏTİ ÖLDÜRƏCƏK

O bildirib ki, ASA bu istiqamətdə inkişafa nail olmağa çalışır: "Audatex” istiqamətlərdən biridir. Təəssüf ki, “Audatex” tətbiqi tam olaraq özünü doğrultmur. “Audatex”in tətbiqi sığorta şirkətlərindən ödənişlərin müəyyən həcmdə artıra bilər. Ona görə də şirkətlər bundan ehtiyat edir və bu sistemin tam tətbiqinin qarşısını alır". M.Abbasbəyli hesab edir ki, “Audatex” tətbiqinin alternativi 3-cü müstəqil ekspert qrupunun olmasıdır: "Hədəflərdən biri budur ki, bu institutun inkişafına nail olaq. Vətəndaş sığorta ödənişinin məbləğindən narazı olduğu halda əvvəlcə Palataya, sonra məhkəməyə müraciət edir. Əsas məqsəd Palataya müraciətə qədər ekspert qrupu tərəfindən dəymiş zərərin ağlabatan həcmini müəyyən etməkdir. ASA da bu istiqamətdə işlər görməyi planlaşdırır".

Azərbaycanda bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256