SIĞORTA

İSB ilə sığorta şirkətləri arasında fikir ayrılığı -YENİLİK RƏQABƏTİ ÖLDÜRƏCƏK
07 MART
726

İSB ilə sığorta şirkətləri arasında fikir ayrılığı -YENİLİK RƏQABƏTİ ÖLDÜRƏCƏK

2018-03-07 14:53:00

İcbari Sığorta Bürosunun avtomobilllərin icbari sığortasının satışı ilə bağlı həyata keçirəcəyi yeniliklər sığorta şirkətləri ilə Büro arasında fikir ayrılığı yaradıb. Bunu Fins.az-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli deyib.  O bildirib ki, İSB-nin edəcəyi dəyişikliklərin müsbət tərəfləri olsa da, sığorta şirkətlərinin narazılığına səbəb olan məqamlar var. Belə ki, Azərbaycan reallığında lisenziyalı agentlər və lisenziyası olmayan, amma sığorta fəaliyyəti ilə məşğul olan əməkdaşlar var. Avtomobillərin icbari sığortasının satışı ilə bağlı yeni qaydanın tətbiqindən sonra bu əməkdaşların qısa zamana lisenziyalaşması prosesi getməlidir. Amma bunun üçün qısa zaman verilməsi çətinlik yaradır. Sığorta şirkətləri hesab edir ki, lisenziyalaşma prosesi mərhələli şəkildə olması məqsədəuyğun olardı.

Avtosığortada saxtakarlıqlara son qoyulacaq – İSB-dən daha bir YENİLİK

Digər məsələ ondan ibarətdir ki, yeni qaydaların tətbiqindən sonra icbari avtosığorta üzrə bütün müqavilələr İSB-nin platforması üzərindən tətbiq ediləcək. Bu da müəyyən məqamda sığorta şirkətlərinin rəqabətlilik prinsipini müəyyən mənada məhdudlaşdıracaq. Çünki bütün sığorta şirkətləri, bu sahədə fəaliyyət göstərən peşəkar  oyunçuların tətbiq etdikləri platformalar eyniləşir. Bu məsələ də təbii ki, sığorta şirkətlərini narahat edir. M.Abbasbəyli qeyd edib ki, hər iki istiqamət üzrə ASA-da müzakirələr aparılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256