SIĞORTA

Azərbaycanda tibbi sığorta ucuzlaşa bilər - TƏKLİF
06 MART
464

Azərbaycanda tibbi sığorta ucuzlaşa bilər - TƏKLİF

2018-03-06 11:44:00

Sığorta şirkətləri dərman vasitələri və tibbi xidmətlərə ƏDV-nin ləğv edilməsi və yaxud fərqli bir ƏDV-nin tətbiq edilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif irəli sürüblər. Bunu Fins.az-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, beynəlxalq təcrübədə bır sıra ölkələrdə dərman vasitələri və tibbi xidmətlərə ƏDV tətbiq edilmir və yaxud fərqli ƏDV tətbiq edilir:"Məsələn digər sahələrdə ƏDV 18%-dirsə, burada 50% az, yəni 9% tətbiq edilir".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Azərbaycanda bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

M.Abbasbəyli hesab edir ki, təklifin dəyərləndirilməsi öz növbəsində könüllü tibbi sığortanın ciddi şəkildə inkişafına səbəb ola bilər. Çünki tibbi xidmətlər ucuzlaşacaq. Xidmətlərin ucuzlaşması isə tibbi sığortanın ucuzlaşmasına səbəb olacaq və insanların könüllü tibbi sığortaya əlçatanlığı artacaq. O qeyd edib ki, bu eyni zamanda icbari tibbi sığortayada müsbət təsir edəcək: "Təsəvvür edin ki, ƏDV ləğv  edilsə, icbari tibbi sığorta xərcləri 18% azalacaq və bu sığortanın tətbiqini daha da sürətləndirə bilər".

Eləcə də bax: “İndi çox rahat demək olar ki, sığorta şirkətləri banklardan aslı deyil”- MÜSAHİBƏ

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273