SIĞORTA

İpoteka və Kredit Zəmanət Fondu sığorta tariflərindən narazıdır
06 MART
658

İpoteka və Kredit Zəmanət Fondu sığorta tariflərindən narazıdır

2018-03-06 10:51:00

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində ipoteka kreditlərinin mövcud durumunun müzakirəsi məqsədilə görüş keçirilib.

Fins.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və həyat sığortası şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak edib. Tərəflər əsasən İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi, ipoteka qoyulmuş əmlakın və ipoteka qoyan şəxsin həyat sığortası üzrə tarifləri müzakirə ediblər. Bildirilib ki, bu sığorta predmetləri üzrə tariflərin yüksək olması nəticəsində sığorta haqları ipoteka kreditlərinin yekun məbləğini daha da artırır. Bununla əlaqədar, “İpoteka haqqında” qanunda müəyyən edilmiş tələbin dəyişdirilməsi üzrə təkliflər və nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda mövzu ilə bağlı irəli sürülən təkliflərin daha ətraflı müzakirəsi üçün Fondla görüş keçirilməsi qərara alınıb.

Azərbaycan bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

Xatırladaq ki, 15 aprel 2005-ci ildə qəbul edilmiş “İpoteka haqqında” qanuna əsasən, ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə həmçinin, öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. 

Adı dildən düşməyən sığorta şirkətləri –TOP 10

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256