SIĞORTA

Sığorta sektorunda aktivlərin həcmi açıqlandı
05 MART
483

Sığorta sektorunda aktivlərin həcmi açıqlandı

2018-03-05 17:26:00

"Sığorta bazarının tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi qabaqcıl təcrübəyə uyğunlaşdırılması ilə bağlı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində İCP prinsipləri  uyğunluğunun diaqnostikası  aparılıb". Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Sənəddə qeyd olunub ki, aşkarlanmış kənarlaşmaların aradan qaldırılması ilə bağlı tədbirlər planı müəyyən edilib.

Azərbaycan bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

 2017-ci ildə sığorta sektorunun cəmi  aktivləri əvvəlki illə müqayisədə 1,1% (11,2 mln. manat) artaraq 1,006 milyard manat təşkil edib. Aktivlərin 35,7%-i (0,4 mlrd. manat) bank depozitlərində cəmlənib.

 Ümumilikdə, 2017-ci il ərzində sığorta sektorunun fəaliyyəti 21 sığortaçı, 1 təkrarsığortaçı, 23 sığorta brokeri və 753 sığorta agenti vasitəsilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256