SIĞORTA

"AtaSığorta"nın son vəziyyəti açıqlandı
05 MART
416

"AtaSığorta"nın son vəziyyəti açıqlandı

2018-03-05 11:04:00

“AtaSığorta” şirkəti 2018-ci ilin fevral ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, sığorta yığımları 1 333 108 manat, sığorta ödənişləri isə 715 691 manat təşkil edib. Qeyd edək ki, sığorta şirkətinin yığımları yanvar ayı ilə müqayisədə cüzi azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb. Belə ki, 2017-ci ilin fevral ayında şirkət cəmi 601 189 sığorta haqqı toplaya bilmişdi. 

Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

 2018-ci ilin yanvar ayı ilə müqayisədə "AtaSığorta"nın ödənişləri  18%, ötən ilin fevral ayı ilə müqayisədə isə 2,2 dəfə artıb. Belə ki, “AtaSığorta" ASC bu ilin yanvar ayında 606 min 983, 2017-ci ilin fevral ayında isə 321 min 391 manat sığorta ödənişləri həyata keçirmişdi. 

Qeyd edək ki, ödənişlər kasko, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256