SIĞORTA

Adı dildən düşməyən sığorta şirkətləri –TOP 10
05 MART
552

Adı dildən düşməyən sığorta şirkətləri –TOP 10

2018-03-05 10:28:00
Media Consulting and Services” şirkəti fevral ayı üzrə sığorta şirkətlərinin media üzrə reytinqini açıqlayıb. Fins.az xəbər verir ki, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.
Fins.az xəbər verir ki, fevral ayında sığorta sektorunda da aktivlik müşahidə edilib. Cari hesabat ayında sığorta şirkətlərinin  media aktivliyi yanvar ayı ilə müqayisədə daha çox olub.  Belə ki, ötən ay sığorta şirkətlərinin adı çəkilən 1154 yazı monitorinqin əhatəsinə düşüb. Ay ərzində mediada  sığorta şirkətləri ilə bağlı 1378 ədəd ad hallanan yazı dərc edilib. 162 dəfə adı çəkilən “PAŞA Sığorta” siyahıda 1-ci, “Atəşgah Həyat” 156 ad hallanması ilə 2-ci, “AXA MBASK” 102 ədəd göstərici ilə 3-cü olub.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272