SIĞORTA

Azərbaycanda 3-4 sığorta şirkəti bağlana bilər
02 MART
1483

Azərbaycanda 3-4 sığorta şirkəti bağlana bilər

2018-03-02 10:31:00

"Biz istəyirik ki, sığorta şirkətləri maliyyə sabitliklərini tələb olunan normalara çatdıraraq bazarı tərk etməsinlər". Bunu  Fins.az-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, hazırda Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir. Bu da say olaraq normaldır və sayın aşağı düşməsi arzuolunan deyil.

Azərbaycan bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

Bununlə belə, bəzi şirkətlərin kapitalla bağlı problemləri var və onlara bu problemin həlli üçün Palata tərəfindən vaxt verilib. Artıq onu zaman göstərəcək ki, onlara verilən müddətdə kapital problemini həll edə biləcəklər və yaxud birləşməyə gedəcəklər. Təbii ki, kapital problemi həll edilmədiyi təqdirdə sığorta şirkətinin fəaliyyətinin dayandırılmasına baxıla bilər.  M.Abbasbəyli deyib ki, hazırda 3-4 sığorta şirkətində kapital çatışmazlığı müşahidə edilir. Bu məsuliyyət də tam olaraq şirkətlərin üzərindədir: "Ortada qanun var, tələblər var, müəyyən şərtlər var. Bu qanuna riayət etməyəndə nəzarət orqanı nə etməlidir? Amma ən arzuolunan hal o olardı ki, bu şirkətlər maliyyə sabitliklərini düzəltsinlər".

“İndi çox rahat demək olar ki, sığorta şirkətləri banklardan aslı deyil”- MÜSAHİBƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256