SIĞORTA

Sığorta şirkəti Gəncədə filial açdı
28 FEVRAL
550

Sığorta şirkəti Gəncədə filial açdı

2018-02-28 16:05:00

Bu gün “Qala Sığorta”nın Gəncə şəhəri, Heydər Əliyev prospekti 493 ünvanında yerləşən nümayəndəliyinin rəsmi açılışı olub. 
 Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Fins.az-a verilən məlumata görə, Gəncə nümayəndəliyinin fəaliyyətə başlaması ilə bütün qərb bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər. Məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını asanlaşdırmaqdır.    
 “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki,  “Qala Sığorta” şirkətinin baş ofisində və digər nümayəndəliklərində göstərilən sığorta xidmətləri Gəncə nümayəndəliyində də keçərli olacaq. Biz Gəncə nümayəndəliyimiz vasitəsi ilə bütün qərb bölgəsinin əhalisinə 23 sığorta növü üzrə xidmət göstərəcəyik. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür. Sığorta xidmətlərimiz sırasına daşınmaz əmlakın icbari sığortası, avtomobillərin kasko sığortası və digər sığorta növlərimizi misal gətirə bilərik. Bununla yanaşı, nümayəndəliyimizdə müştərilərə “Qala Həyat” sığorta şirkətinin də məhsulları təklif olunacaq. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

T.Yunsurov 2018-ci ildə Şirkətin “Qala Sığorta hər kəsin sığortaçısı” şüari altında fəaliyyətini uğurla davam etdirəcəyini, eləcə də yaxın gələcəkdə növbəti nümayəndəliyin açılmasının planlaşdırıldığını da qeyd edib.  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267