SIĞORTA

KASKO sığortada "paraşüt açıldı" -ARTIM BAŞLAYIB
23 FEVRAL
519

KASKO sığortada "paraşüt açıldı" -ARTIM BAŞLAYIB

2018-02-23 10:34:00

Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası (KASKO) ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin Yanvar ayında 1 milyon 712 min manat sığorta haqları toplanmışdısa, 2018-ci ilin Yanvarında bu məbləğ 2 milyon 75 min manat təşkil edib. Bu da 21,2% artım deməkdir. Ödənişlər isə 13,5% artaraq  731 min manatdan 830 min manata qalxıb.

Qeyd edək ki, bankların yenidən avtokreditlər verməyə başlaması kasko sığortada yığımlarının artmasına təsir edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259