SIĞORTA

Sığorta depozitləri sürətlə "şişir"
22 FEVRAL
440

Sığorta depozitləri sürətlə "şişir"

2018-02-22 12:32:00

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 18,47 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə çoxdur. Ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 64,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,8% çoxdur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Eləcə də bax: "AXA MBASK"ın sahibi dəyişir - EKSKLÜZİV

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 34,8% azalaraq 11,442 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 25,1% artaraq 11,546 milyon manata çatıb.
Beləliklə, 2017-ci ilin yanvarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,95 manatı, qeyri-həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 18 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2016-cı ilin yanvarında müvafiq olaraq 214 manat və 14,8 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273