SIĞORTA

Mükafatlardan da sığorta haqqı tutulacaq
19 FEVRAL
420

Mükafatlardan da sığorta haqqı tutulacaq

2018-02-19 20:36:00
Azərbaycanda tarif (vəzifə) maaşı ilə bərabər əmək haqqına əlavə, mükafat və işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olan digər ödənişlər işsizlikdən sığorta haqqına cəlb ediləcək.

Fins.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və fevralın 17-dən qüvvəyə minən “İşsizlikdən sığorta üzrə rüblük hesabat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Avtomobilin sığorta haqqını özümüz hesablayacağıq – YENİLİK

Qeyd edək ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri  sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi  və sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267