SIĞORTA

“Qala Sığorta” rekord artım olub
19 FEVRAL
415

“Qala Sığorta” rekord artım olub

2018-02-19 20:25:00

Azərbaycan sığorta bazarının ən aktiv şirkətlərindən olan “Qala Sığorta” 2018-ci ilin yanvar ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Fins.az-a verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin yanvar ayında “Qala Sığorta” şirkəti tərəfindən 2 507 397 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 539 138 manat və ya 27,39% çoxdur.

 Hesabat dövründə şirkətin yığımları ilə yanaşı ödənişlərinin həcmində də kəskin artım müşahidə olunub. Belə ki, ötən ayda şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 107 572 manata yaxın sığorta ödənişi verilib ki, bu da 2017-cı ilin analoji dövrünün rəqəmləri ilə müqayisədə 102 492 manat və ya təxminən 21 dəfə çoxdur.

 Xatırldaq ki, 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra həmin şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.

 Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. İki illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, qısa zaman kəsiyində müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256