SIĞORTA

Məlumatları agentlərə kim ötürür? - PALATADAN CAVAB
19 FEVRAL
709

Məlumatları agentlərə kim ötürür? - PALATADAN CAVAB

2018-02-19 20:25:00

Son dövrlər sürücüləri sığorta ilə bağlı narahat edən zənglər avtomobil sahiblərinə aid məlumat bazasının sığortaçıların əlinə necə keçməsi məsələsini gündəmə gətirir. Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə aydınlıq gətirib. Palatadan Fins.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum avtomobillərin icbari sığortası üzrə sığortalılara məxsus olan müqavilə məlumatlarına malik deyildir: "Bununla əlaqədar, müvafiq məlumatların Palata tərəfindən üçüncü şəxslərə verilməsi mümkün deyildir".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Eləcə də bax: Sığortada şantaj və məlumat sızması ilə bağlı Palatadan – RƏSMİ AÇIQLAMA

Bundan əlavə MBNP-dan bildirilib ki, hazırda sığorta bazarında 758 sığorta agenti fəaliyyət göstərir. Palata ümumilikdə bu kimi qeyri-sağlam fəaliyyətin qarşısını  almaq üçün konkret addımlar atmağa başlayıb. Avtomobillərin icbari sığortasında mövcud sistemin təkmilləşdirmə prosesi  gedir. Qarşıdakı bir neçə ay ərzində bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267