SIĞORTA

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi -EKSKLÜZİV
12 FEVRAL
1659

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi -EKSKLÜZİV

2018-02-12 10:25:00

Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) təsisçilərinin yığıncağı keçirilib. Fins.az-ın əldə etdiyi məlumata görə, yığıncaqda 2017-ci ilin nəticələri müzakirə edilib və yeni sədr seçilib. Assosasiyasının yeni sədri Mustafa Abbasbəyli təyin edilib.  

Qeyd edək ki, əvvəlki sədr Orxan Bayramov Assosiasiyadan ayrılandan  sonra sədr vəzifəsinin icrası müvəqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Vüqar Əliyevə həvalə edilmişdi.

Eləcə də bax: Sığortaya yatırılan depozitlərdə rekord artım -58 milyonluq fərq

Xatırladaq ki, Mustafa Abbasbəyli 2004-2014-cü illərdə “Standard İnsurance” sığorta şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərib. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru olub. 2015-ci ildən  Caspian European Clubun İdarə Heyətinin üzvü, Vergi və Gömrük Komitəsinin sədridir.2016-cı ilin aprel ayından isə  Beyli Group şirkətinin İdarə Heyətinin sədridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301