SIĞORTA

“Mərkəzi Klinik” sığortaçı axtarır -ŞİRKƏTLƏRİN NƏZƏRİNƏ!
09 FEVRAL
375

“Mərkəzi Klinik” sığortaçı axtarır -ŞİRKƏTLƏRİN NƏZƏRİNƏ!

2018-02-09 10:35:00

“Mərkəzi Klinik” MMC (Mərkəzi Klinik Xəstəxana - MKX) 2018-ci ildə xəstəxananın əmlakının və üçüncü şəxslər qarşısında məsuliyyət sığortası üçün sığorta şirkətinin seçilməsi üzrə tender elan edib. Bu barədə MMC-dən bildirilib.

 Tenderin şərtlərinə görə, MKX sığortanın 5 növü üzrə: klinikanın binasının; manual-tibbi avadanlığın; elektron avadanlığın; xəstəxananın balansında olan nəqliyyat vasitələrinin; üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üzrə xidmətlər satın almağı planlaşdırır.

 Tender proseduru 9 mart tarixində keçiriləcək. Tender təklifləri martın 6-dək qəbul olunur. Tenderdə iştirak haqqı 200 manatdır. Telefon: 492-10-92 (daxili – 12, 11) – Orxan Abbasbəyli.

 © "İnterfaks-Azərbaycan” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277