SIĞORTA

Bu sığorta növü digərlərini keçəcək - MƏQALƏ 2-ci yazı
08 FEVRAL
593

Bu sığorta növü digərlərini keçəcək - MƏQALƏ 2-ci yazı

2018-02-08 17:17:00
Azərbaycanda 2011-ci ildən etibarən sığorta bazarının inkişafını qeyri-həyat və həyat sığortası sahələri üzrə ayrı-ayrılıqda görmək mümkün oldu.

Sığortanın sahələrə ayrılması dünya təcübəsinə əsaslanmaqla yanaşı, bu sahələr üzrə sığorta risklərinin düzgün qiymətləndirilməsinə və daha təkmil sığorta məhsullarının yaradılmasına şərait yaratdı.

Bu ayrılma hər bir sahə üzrə bazarın potensialının daha dərindən mənimsənilməsinə və müştərilərin yeni və müxtəlif tələb və ehtiyaclarının təmin edilməsinə yol açdı.

Eləcə də bax:Sığortaçı qızlar sürücüləri Palatanın adı ilə şantaj etməyə başlayıb

Azərbaycanda qeyri-həyat sığortası 2011-ci ildən etibarən aşağıdakı biznes dinamikası nümayiş etdirmişdir: 

İllər Qeyri-həyat sığortası bazarı üzrə yığılmış sığorta haqları,
mln manatla
Əvvəlki ilə nisbətən,
faizlə
2011 190,5 122%
2012 305,7 160%
2013 336,9 110%
2014 324,2 96%
2015 326,4 101%
2016 339,2 104%
2017 345,8 102%




Cədvəldən göründüyü kimi, 2013-cü ilədək nəzərəçarpan artım nümayiş etdirən qeyri-həyat  sığorta bazarı 2014-cü ildə kəskin azalmaya məruz qalmış və sonrakı illərdə cüzi irəliləyişlə hazırda illik 2-4% artım dinamikası ilə inkişaf etməyə çalışır.

Son 3 ildə ölkədə iqtisadi iqtisadi inkişaf tempinin azalması, bank sektorunun zəifləməsi qeyri-həyat sığortası bazarına mənfi təsir göstərmişdir. Əsas təsir – banklar vasitəsilə kreditləşmənin azalması nəticəsində avtokasko, əmlak və s. sığorta məhsullarının satışının kəskin aşağı düşməsi olmuşdur. Qeyri-həyat sığortası bazarını təmsil edən bir neçə iri sığorta şirkətlərinin (Qarant Sığorta, Buta Sığorta, Alfa Sığorta, Beynəlxalq Sığorta və s. ) bazarı tərk etməsi qeyri-həyat sığortası sahəsində aıparılan ümumi biznes fəallığını azaltmışdır.

Əvəzində 2011-ci ildən müstəqil fəaliyyət statusu qazanmış həyat sığortası sahəsi  kəskin inkişaf tempi götürmüşdür:

 
İllər Həyat sığortası bazarı üzrə yığılmış sığorta haqları,
mln manatla
Əvvəlki ilə nisbətən,
faizlə
2011 22,5 100%
2012 36,8 164%
2013 68,8 187%
2014 105,0 153%
2015 116,5 111%
2016 146,9 126%
2017 211,0 144%
 



Cədvəldən göründüyü kimi, yarandığı dövrdən kiçik həcmlərdən başladığı üçün kəskin artım nümayiş etdirən həyat  sığortası bazarı 2017-ci ildə illik 200 mln. manat səviyyəsini keçmiş və artıq ümumi sığorta bazarında xüsusi çəkisini 38%-ə çatdırmışdır. Dünya miqyasında həyat sığortası ilə qeyri-həyat sığortasının 55%/45% nisbətində formalaşdığını nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə həyat sığortasının ümumi sığorta bazarında daha üstün paya sahib olacağını təbii proses hesab etmək olar. (Fed.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259