SIĞORTA

Endirimli avtosığortaların satışı başlandı –YENİ MƏHSULLAR
08 FEVRAL
777

Endirimli avtosığortaların satışı başlandı –YENİ MƏHSULLAR

2018-02-08 15:46:00

Sığorta bazarında iki yeni kasko məhsulunun satışına başlanılıb. Sığorta məhsularını bazara “AtaSığorta” şirkəti çıxarıb.Sığorta şirkətindən Fins.az-a verilən məlumata görə, bunlar “SƏRFƏLİ SIĞORTA” və "QOŞA KASKO" məhsullarıdır. “Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. 

Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

Eləcə də bax:Sığortaçı qızlar sürücüləri Palatanın adı ilə şantaj etməyə başlayıb

Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.

QOŞA KASKO sığorta məhsulu isə əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gələcək.

Hər iki məhsul üzrə detallı məlumat bunlardır:

 “SƏRFƏLİ SIĞORTA” - KASKO MƏHSULUNA DAİR MƏLUMAT             

Sığortalı:

Fiziki şəxslər

Sığorta olunan:

Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1: 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta tarifi – 4.00% təşkil edir.

 

  1. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir.
  2. Sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
  3. Sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı sığorta haqqının ikinci yarısını ödəməlidir.

 

 

Xüsusi şərtlər:

  1. Bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
  2. Yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.
  3. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
  4. Məhsul hüquqi şəxslərə şamil edilmir.
  5. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

 

 

Sığorta riskləri:

1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

3. üçüncü şəxsin qanunazidd hərəkəti;

4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

5. yanğın və partlayış;

6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

 

                Nəqliyyat vasitələrinin (kasko) sığortası

  

*Şərtsiz Azadolma üzrə qeyd:

Hər hadisə üzrə - 100 AZN

 

- Şərtsiz Azadolma məbləği kommersiya məqsədi ilə istifadə olunan zaman - 1000; yanğın və partlayış, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq riskləri üzrə Sığorta Məbləğinin 10% (rəqəmlə) həcmində tətbiq olunur.

 

- Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda və ya sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində baş verdikdə şərtsiz azadolma adi halda tətbiq olunmalı azadolma məbləğinin ikiqatı həcmində tətbiq ediləcək.

 

 

 

 

İstisnalar:

  • avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
  • təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
  • avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
  • hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi;
  • nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada təsiri;
  • avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;
  • dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (sığorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş atomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;
  • avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
  • avtomobilin cinayət məqsədilə istifadə edilməsi;
  • avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi;
  • avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
  • avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;
  • mənəvi zərər;
  • əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri
  • avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;
  • avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;
  • avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;
  • avtomobilin banı və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;
  • avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nəticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;
  • avtomobilin dəyərdən düşməsi;
  • avtomobilin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri;
  • avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud olan qüsurları;
  • sığortalının, sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş verdiyi anda avtomobildə olan əmlakına dəyən zərər.

Şərtlər:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası Qaydaları”.

 

- Zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququ sığortaçıya aiddir.

 

- Sığorta təminatının başlanğıc tarixinə qədər nəqliyyat vasitəsinə baxış keçirilməli və bütün mövcud sürücülər Sığortaçıya bildirilməlidir.

 

Marka/model üzrə qeyd:

Aşağıdakı siyahıda göstərilən və bütün “sport car” və “kupe” kateqoriyasına aid edilən avtomobillər üzrə sığorta tarifi və şərtlər yalnız AtaSığorta ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinə müraciət etdikdən sonra alına bilər:

 

  • Audi – TT, R8
  • Bentley
  • BMW – Alpina, Z series
  • Chevrolet – Camaro, Corvette
  • Dodge – Charger
  • Ford – Mustang
  • Hummer
  • Jaguar
  • Mercedes Benz – bütün AMG, Brabus versiyaları, G-class
  • Maseratti
  • Porsche – Boxter

 Tələb olunan sənədlər: 

  1. *Doldurulmuş ərizə forması (3 vərəqdə);
  2. Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti;
  3. Avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri.

  QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT 

Sığortalı:

Fiziki şəxslər

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.

 

İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur.

 

 

QOŞA KASKO üzrə xüsusi şərtlər:

  1. Müştəri tərəfindən əlavə cəlb olunan yalnız 1 avtomobil üzrə sığorta haqqı məbləğində 50% endirim təqdim olunur.
  2. Birinci avtomobili sığortalayan müştəriyə müddəti 2 ay olan endirim sertifikatı təqdim olunur. İki ay ərzində sertifikat istifadə edilmədiyi halda müvafiq sertifikat qüvvədən düşmüş hesab edilir.
  3. Bazar dəyəri 70 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
  4. Yalnız 2007-2017-ci illər istehsalı olan avtomobillər üçün təqdim olunur.
  5. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
  6. Məhsul hüquqi şəxslərə şamil edilmir.
  7. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

 

 

Sığorta riskləri:

1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

3. üçüncü şəxsin qanunazidd hərəkəti;

4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

5. yanğın və partlayış;

6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

 

 

*Şərtsiz Azadolma üzrə qeyd:

Bazar dəyəri 40 000 AZN-dək olan avtomobillər üzrə - 100 AZN

Bazar dəyəri 40 001 AZN-dən 70 000 AZN-dək olan avtomobillər üzrə - 200 AZN

 

- Şərtsiz Azadolma məbləği kommersiya məqsədi ilə istifadə olunan zaman - 1000; yanğın və partlayış, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq riskləri üzrə Sığorta Məbləğinin 10% (rəqəmlə) həcmində tətbiq olunur.

 

- Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda və ya sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində baş verdikdə şərtsiz azadolma adi halda tətbiq olunmalı azadolma məbləğinin ikiqatı həcmində tətbiq ediləcək.

 

 

 

 

İstisnalar:

  • avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
  • təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
  • avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
  • hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi;
  • nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada təsiri;
  • avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;
  • dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (sığorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş atomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;
  • avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
  • avtomobilin cinayət məqsədilə istifadə edilməsi;
  • avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi;
  • avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
  • avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;
  • mənəvi zərər;
  • əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri
  • avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;
  • avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;
  • avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;
  • avtomobilin banı və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;
  • avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nəticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;
  • avtomobilin dəyərdən düşməsi;
  • avtomobilin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri;
  • avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud olan qüsurları;
  • sığortalının, sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş verdiyi anda avtomobildə olan əmlakına dəyən zərər.

 

 

Şərtlər:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası Qaydaları”.

 

- Zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququ sığortaçıya aiddir.

 

- Sığorta təminatının başlanğıc tarixinə qədər nəqliyyat vasitəsinə baxış keçirilməli və bütün mövcud sürücülər Sığortaçıya bildirilməlidir.

 

 

Marka/model üzrə qeyd:

Aşağıdakı siyahıda göstərilən və bütün “sport car” və “kupe” kateqoriyasına aid edilən avtomobillər üzrə sığorta tarifi və şərtlər yalnız AtaSığorta ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinə müraciət etdikdən sonra alına bilər:

 

  • Audi – TT, R8
  • Bentley
  • BMW – Alpina, Z series
  • Chevrolet – Camaro, Corvette
  • Dodge – Charger
  • Ford – Mustang
  • Hummer
  • Jaguar
  • Mercedes Benz – bütün AMG, Brabus versiyaları, G-class
  • Maseratti
  • Porsche – Boxter

  Tələb olunan sənədlər:

 *Doldurulmuş ərizə forması (3 vərəqdə);

  1. Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti;
  2. Avtomobili idarə etmək üçün digər şəxslərə səlahiyyət veriləcəksə, həmin şəxslərin sürücülük vəsiqələrinin və etibarnamələrin surəti;
  3. Avtomobilin hazırkı vəziyyətini təstiq edən fotoşəkilləri.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300