SIĞORTA

Azərbaycanda sığorta bazarı necə böyüdü - TƏHLİL
07 FEVRAL
1207

Azərbaycanda sığorta bazarı necə böyüdü - TƏHLİL

2018-02-07 18:20:00
Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən əsrin 90-cı illərinin əvvəlindən ümumi iqtisadiyyatın, o cümlədən maliyyə sahəsinin və onun tərkibində sığorta sektorunun tamamilə yenidən qurulması prosesi başladı. Sığorta sektorunun inkişafı sığorta qanunvericiliyinin yaradılması və təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, özəl sığorta şirkətlərinin yaradılması və böyüməsi, bazar iştirakçılarının formalaşması, yeni sığorta məhsullarının yaradılması və digər əhəmiyyətli mərhələlərdən keçdi. Bu dövrdə sığorta bazarının ilbəil artması göz önündə oldu.

Sığorta bazarının son əhəmiyyətli mərhələsi 2011-ci ildən etibarən sığorta bazarının həyat və qeyri-həyat sahələrinə ayrılması və bir çox liberal xarakterli normativ-hüquqi aktların qəbul edilməsi ilə başladı.
Azərbaycanda 2011-2017-ci illərdə sığorta bazarının həcminin artmasını aşağıdakı cədvəldən və diaqramdan görmək mümkündür:

İllər Ümumi sığorta bazarı üzrə yığılmış sığorta haqları,
(mln manatla)
Əvvəlki ilə nisbətən,
(faizlə)
2011 213,0 136,9%
2012 342,5 160,8%
2013 405,7 118,5%
2014 429,2 105,8%
2015 442,9 103,2%
2016 486,1 109,8%
2017 556,9 114,6%
 
 
 
Eləcə də bax: Sığortaçı qızlar sürücüləri Palatanın adı ilə şantaj etməyə başlayıb

Cədvəldən göründüyü kimi, cox yüksək artım dinamikası nümayiş etdirən sığorta bazarı 2014-2016-cı illərdə dünya maliyyə-iqtisadi böhranının, xüsusilə neftin qiymətinin aşağı səviyyəyə düşməsinin təsirindən ölkədə iqtisadi fəallığın və iqtisadi inkişafın azalması, bank sektorunun zəifləməsi, milli valyutanın iki dəfə dalbadal böyük dəyərdə devalvasiyası və s. mənfi makroiqtisadi amillərdən dolayı 3-5%-lik artıma düşmüşdü. Lakin iqtisadi baxımdan çox çətin il olan 2016-cı ildə başlamış sığorta bazarının yeni inkişafı 2017-ci ildə daha da möhkəmlənmiş və illik artım məqbul 15% səviyyəsinə yaxınlaşmışdır.
Sığorta bazarının çox önəmli makroiqtisadi göstəricisi olan yığılan ümumi sığorta haqlarının ölkənin Ümumi Daxili Məhsulunda xüsusi çəkisi artan dinamika göstərməklə son illərdə 0,8% səviyyəsində sabitləşmişdir:
 
illər 2011 2012 2013 2014 2015 2016 2017
Ümumi Sığorta Haqlarının
ÜDM-də xüsusi çəkisi (%)
0,4% 0,6% 0,7% 0,7% 0,8% 0,8% 0,8%
 
Lakin bütün sığorta ekspertlərinin və peşəkar mütəxəssislərin yekdil rəyinə görə bu səviyyə sığorta bazarının real potensialını əks etdirmir və Azərbaycan sığorta bazarı yaxın gələcəkdə göstərici üzrə 2%-lik səviyyəni aşmalıdır, yəni illik sığorta yığımları psixoloji 1 milyard manat həcmini ötməlidir.
Bu hədəfin reallaşması ilk növbədə ölkədə İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqi ilə bağlıdır. İTS sisteminin ümummilli əhəmiyyətli sosial layihə olması, ölkənin bütün əhalisini əhatə etməsi səhiyyə, maliyyə, inzibati-icraçlılq sahələrində köklü və sistemli tədbirlərin həyata keçirilməsini tələb edir. Məlum olduğu kimi, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı ölkəmizdə dərin və geniş təşkilati və texniki hazırlıq işləri görülməkdədir. Bütün zəruri işlərin görülməsindən sonra bütün ölkə miqyasında tətbiqinə start veriləcək İTS sistemi əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının təmin edilməsinə və bu prosesin iştirakçısı olan sığorta şirkətlərinə etibar və inamın artmasına səbəb olacaqdır. (Fed.az)
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259