SIĞORTA

“Satışlarımız ona görə artır ki…” – “AtaSığorta”dan açıqlama
06 FEVRAL
1064

“Satışlarımız ona görə artır ki…” – “AtaSığorta”dan açıqlama

2018-02-06 11:36:00

AtaSığorta” şirkətinin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında 1,9 dəfə artaraq 1 383 817  manat olub. Sığorta şirkətinin açıqladığı məlumata görə, ümumi ödənişlərin həcmi isə 2,9 dəfə artaraq 606 983 manata yüksəlib.

Biznesin İnkişafı  Bloku üzrə İdarə  Heyəti sədrinin müavini Qoşqar Həsənov Fins.az-a artımın səbəbini açıqlayıb. Onun sözlərinə görə, yığımlarda böyük artım şirkətin yeni istiqamətdə fəaliyyətini davam etdirməsi ilə bağlıdır. Belə ki, “AtaSığorta” artıq könüllü sığorta növlərində satışların artırılmasına fokuslanıb. “Qoşa kasko”, “Sərfəli kasko” məhsulları bazara çıxarılıb. Bunun sayəsində kasko sığorta satışları artırılıb. Bundan əlavə, “AtaSığorta” korporativ tibbi sığorta satışlarını artırıb: “Tibbi sığorta üzrə tenderlərin qalibi olmuşuq. Bu da ümumi satışların həcminə təsir edib”.

Sığorta ödənişlərinin artması isə portfelin böyüməsi ilə bağlıdır.

Eləcə də bax: Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV YAZIR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277