SIĞORTA

Evlərə dəyən ziyana görə sığorta pulu niyə gecikdirilir?
05 FEVRAL
515

Evlərə dəyən ziyana görə sığorta pulu niyə gecikdirilir?

2018-02-05 12:52:00

Sığorta şirkətləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaranan anlaşılmazlıq evlərinə ziyan dəyən vətəndaşları çıxılmaz vəziyyətə salıb. Bunu Fins.az-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

Belə ki, evlərə və digər danışmaz əmlaklara təbii fəlakətlərlə bağlı ziyan dəydiyini müəyyən etmək üçün sığorta şirkətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verib, həm tarixdə hava şəraitinin vəziyyəti ilə bağlı məlumat əldə edirlər. Bu xidmət isə pulludur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 1999-cu il tarixli 115 nömrəli “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında” qərarına əsasən bir stansiya üzrə bir günlük məlumatın dəyəri 36,6 AZN təşkil edir.

İ.İbrahimov deyir ki, bəzi sığorta şirkətləri isə arayışları əldə etmək üçün nazirliklə 2 tərəfli müqavilələri bağlamayıblar və yaxud mövcud müqavilə üzrə sığorta şirkətlərinin bu arayışlarla bağlı Nazirliyə borcu yaranıb və əvvəlki borclar ödənilmədiyi halda qurum növbəti sorğuları icraata götürmür:“Məsələn,“Atəşgah Sığorta” şirkəti ilə bağlı  Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə məktub ünvanlamışıq.Bildirirlər ki, sığorta şirkətinin borcu yaranıb. Ona görə də növbəti sorğular icraata götürülmür”.

Eləcə də bax:“Atəşgah Sığorta” Nazirliyə 1000 manatlıq borcunu ödəmir” – AÇIQLAMA

Vətəndaş isə öz haqqını tələb etdikdə qeyd edirlər ki, biz Nazirliyə məktub göndərmişik, hələlik cavab verməyiblər, problem onlardadır. Yəni, sığorta şirkətləri orqanın cavabını vətəndaşa bildirmir. Vətəndaş isə belə olan halda çıxılmaz duruma düşür.

Ekspert bildirir ki, sığorta şirkətlərinin belə süründürməçilik hallarını vətəndaşların müəyyən etməsi çətindir. Ona görə, onlara verilməli olan sığorta ödənişini ala bilmirlərsə, mütəxəssislərə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259