SIĞORTA

Azərbaycanda daxili səfər sığortası ilə bağlı təkliflər toplanılır
19 YANVAR
598

Azərbaycanda daxili səfər sığortası ilə bağlı təkliflər toplanılır

2018-01-19 19:14:00

Hotellər və Restoranlar Assosiasiyası Azərbaycanda daxili marşrutlarla səyahət edən turistlərin səfər sığortası ilə bağlı xidmətlərinin inkişafına dair sığorta şirkətlərindən təkliflər toplamağa başlayıb.

Fins.az xəbər verir ki, daxili turistlər də müxtəlif fors-major və təhlükələrlə üzləşə bilərlər. Buna baxmayaraq, ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır.

Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildikləri zərərlə uzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi hotelə problemlər yarada bilər.

Assosiasiyanın araşdırmasına görə, güvvədə olan “Turizm haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda turistlər üçün nəzərdə tutulmuş səfər sığortasına çox az diqqət yetirilir: "Hazırda qəbul edilməsi gözlənilən “Turizm haqqında” qanunun layihəsində turistlərin təhlükəsizliyinə və turizm sahəsində istehlakçıların sığortalanmasına dair müvafiq maddələr ayırılıb. Yalnız yeni qanunda da daxili turistlərin və ekskursantların sığortalanmasına az diqqət yetirilir. Bir çox sığorta şirkətləri belə xidmətləri ümumiyyətlə təklif etmir.

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin fikrincə, ölkə daxilində səyahət edən turistlər və ekskursantlar üçün xüsusi səfər sığortası paketləri turizm bazarı üçün önəmlidir: "İl ərzində regionlara səfərlərin sayı təxminən 800 mindir və bu rəqəm sığortaçılar üçün maraq kəsb etməlidir. Turistlərin sığortalanması icbari xarakter daşısa, bir çox xoşagəlməz fəsadlardan həm turistləri, həm də onlara xidmətlər satan şirkətləri qoruya bilərik. Aktiv istirahət, ovçuluq, ekstrim, alpinizm və bu kimi turizm növlərində isə sığorta məsələləri daha çox diqqət mərkəzində olmalıdır".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273