SIĞORTA

Ötən il beynəlxalq sığorta müqavilələri üzrə 120 min manatdan çox yığım toplanıb
19 YANVAR
189

Ötən il beynəlxalq sığorta müqavilələri üzrə 120 min manatdan çox yığım toplanıb

2018-01-19 11:44:00

2017-ci ilin dekabr ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2248 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İSB-dən verilən xəbərə görə, bunlardan 1162 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1062 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 24 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 120 461 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 1849-u minik, 216-ı yük, 159-u qoşqu və 24-ü avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300