SIĞORTA

Sığorta şirkətlərimizin qadın CEO-ları
11 YANVAR
689

Sığorta şirkətlərimizin qadın CEO-ları

2018-01-11 14:07:00

Bildiyimiz kimi hazırda biznesin bütün sahələrində qadın idarəçilərinin sayı artmaqdadır. Sığorta sahəsində cəmi iki xanım idarə heyətinin sədri vəzifəsini icra etsə də, bu sayın artacağına şübhəmiz yoxdur. Rəhbər xanımları daha yaxından tanıyaq:

Sığorta şirkətini idarə edən xanımlardan biri "Paşa Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadır.

Ülviyyə Cabbarova 2001-ci ildən sığorta sahəsində peşəkar fəaliyyət göstərir və 2008-ci ildən etibarəm "Paşa Sığorta"da işləyir. Cabbarova əvvəlcə tibbi və travel-sığortası üzrə anderraytinq-koordinator vəzifəsini tutub, 2009-cu ilin fevralında tibbi və travel-sığortası üzrə menecer, 2010-cu ilin yanvarında isə tibbi və travel-sığortası departamentinin direktoru təyin edilib. Bu dövr ərzində Cabbarova "Paşa Sığorta"nın tibbi yardım xidmətinin təkrar strukturlaşdırılması, habelə tibbi və travel-sığortası departamentində keyfiyyətə nəzarət sistemi standartlarının tətbiqi prosesinə rəhbərlik edib.

Ülviyyə Cabbarova 2010-cu ildə "Paşa Holding"də keyfiyyətə nəzarət sistemi üzrə menecer vəzifəsinə təyin edilib, 2011-ci ilin martında isə "Paşa Holding"in qərarı ilə "Paşa Sığorta"nın əməliyyat blokunun İdarə Heyətinin sədr müavini və rəhbəri seçilib. 

2012-ci ildən İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Digər CEO xanım isə “Meqa Sığorta”nın İdarə Heyətinin sədri Sevinc Gülmalıyevadır.

Sığorta sahəsi üzrə ixtisaslaşmış Çarter Sığorta Universitetinin (Böyük Britaniya) məzunu olan Gülmaliyeva Sevinc Tofiq qızı sığorta sahəsi üzrə 18 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərində də uzun illər çalışıb. Məlumat üçün bildirək ki, S. Gülmalıyeva 1 il “Meqa Sığorta” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2014-cü ildən “Meqa Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254