SIĞORTA

Lisenziyası ləğv edilən sığorta şirkəti iki dövlət qurumunu məhkəməyə verib
10 YANVAR
537

Lisenziyası ləğv edilən sığorta şirkəti iki dövlət qurumunu məhkəməyə verib

2018-01-10 14:31:00

Azərbaycanda lisenziyası ləğv edilmiş sığorta şirkəti “Qarant Sığorta” ASC Kənd Təsərrüfatı Nazirliyi və "Azərsığorta" Dövlət Kommersiya Şirkətini məhkəməyə verib.  

Fins.az-ın məlumatına görə, “Qarant Sığorta” cavabdeh tərəflərdən subroqasiya qaydasında pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302