SIĞORTA

İSB-nin icbari avtosığorta ilə bağlı yeni mesajı nə oldu? – İLKİN NƏCƏFOV YAZIR
10 YANVAR
789

İSB-nin icbari avtosığorta ilə bağlı yeni mesajı nə oldu? – İLKİN NƏCƏFOV YAZIR

2018-01-10 14:15:00

Yanvarın 9-da İcbari Sığorta Bürosu sığorta şirkətləri, brokerləri və agentliklərinin nümayəndələrini toplayaraq fevral ayından icbari avtosığorta üzrə nəzərdə tutduğu ciddi dəyişikliklərin anonsunu verdi. Büro rəsmisinin prezentasiyasına əsasən əsas ciddi dəyişikliklər bunlardan ibarət idi: sığorta müqaviləsi artıq sığorta şirkətində deyil, İSB-nun platformasında yazılmalıdır, hər bir istifadəçi, icbari sığorta yazılan bilgisayar, planşet yaxu smartfon İSB-də qeydiyyatdan keçirilməli, İSB tərəfindən istifadəçinin səlahiyyətliliyinin MBNP vasitəsi ilə avtorizasiya olunması, Web interfeyslə sistemə daxil olmaq üçün E-imza, mobil vasitələrlə daxil olmaq üçün isə Asan imza tələb olunması, sığorta haqqı ödənilmədən sığorta şəhadətnaməsini çap etmək mümkün olmaması, yeni sistemin Daxili İşlər Nazirliyi ilə yanaşı Dövlət Yol Polisi və Dövlət Miqrasiya Xidməti ilə də inteqrasiya olunması.

Əsas üstünlüklər

Yeni qaydalar tətbiq edilməsinin əsas üstünlüklərinə Dövlət Yol Polisi və Dövlət Miqrasiya Xidməti ilə inteqrasiya, istifadəçilərin identifikasiyası, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsinin dəyişdirilməsinin avtomatik olması kimi detalları sadalaya bilərik. Ümumi portfeldə çox cüzi payı olsa da, qeyri-rezidentlərin bugündək bonus-malus sistemindən faydalana bilməməsi, onların şəxsi məlumatlarının hər dəfə sistemə daxil edilməsi kimi maneə aradan qalxmış olacaqdır.

Əsas çatışmamazlıqlar

Hələlik müəyyənləşdirə bildiyimiz əsas çatışmamazlıqlardan bunları sadalaya bilərik:

Ödəniş qəbzi hər bir şəhadətnamə üçün ayrılıqda çap olunmalıdır, hüquqi şəxslər üçün vahid ödəniş forması hazırlanmır. Bir korporativ müştəri eyni zamanda 20 avtomobilini sığorta edərsə hər bir avtomobil üçün ayrılıqda hesab faktura verilir. Xitam icazəsi verilən əməkdaş təmsil etdiyi şirkət üzrə yazılan bütün şəhadətnamələri xitam etmək hüququna malik olur. Faktiki bazarda işləyən hər satıcının bildiyi kimi bir çox hallarda korporativ müştərilərə qeyri-rəsmi endirim verilirdi. Yeni qaydalara əsasən korporativ müştərinin məlumatları bir şirkətdə eyni agentlə sistemə yalnız bir istifadəçi vasitəsi ilə vurulmalıdır. Daha ştat işçiləri müqavilə buraxıb, ondan sonra agent seçmək kimi opsiyadan istifadə edə bilməyəcəklər.

Bundan əlavə müqavilə modulunun bir elektron imza ilə sistemə işlənməsi, eyni zamanda E və Asan imzalardan istifadənin hələlik mümkün olmaması, hesablama və tarix seçiminin olmaması, inzibati xərclərin artması, yəni E yaxud Asan imza ilə sistemə hər giriş 3 qəpik dəyərində olması yeni sistemin əsas çatızmamazlıqları sırasına aid etmək olar.

Büro rəsmisi çıxışında yeni qaydaların tətbiq edilməsinin labüdlüyünü sistemdə maksimal şəfafflığa nail olunması, nəqliyyat vasitələrinin texniki parametrləri ilə zamanla baş verən fırıldaqçılıq hallarının qarşını almaq, hər bir istifadəçinin müqavilə yazmaq səlahiyyətinin mövcud qanunvericiliyə uyğun olması kimi arqumentlərlə əsaslandırmağa çalışdı. Əsas məqsədlərdən birinin də bugünədək qanunvericilikdə olmayan amma reallıqda mövcud olan subagent şəbəkəsinin tam leqallaşdırılması yaxud da bazardan sıxışdırılıb çıxarılması mexaniziminin təkmilləşdirilməsidir.

Şəxsi qənaətimə görə isə, bu sadalanan səbəblərlə yanaşı, başlıca məqsəd icbari sığorta bazarında İSB-nun dominant rolununun daha da möhkəmlənməsi, büronun birbaşa satışlarda bazar payının artırılmasına istiqamətlənmişdir. Xatırlayırsınızsa, bu haqda bir məqalə yazaraq sığorta şirkətlərinin zamanla sığorta vasitəçisi rolunda çıxış edəcəyi, toplanan vəsaitlərin İSB-də akkumliyasiya olunacağını bildirmişdim. Proseslərin gedişatı Büronun bu məqsədinə doğru tədricən getdiyini görsədir. Sığorta bazarında şəfaflığın təmin edilməsinə birbaşa məsuliyyəti tənzimləyici-MBNP həyata keçirir. Qeyri-leqal subagentləri müəyyənləşdirib onlara qanunvericilik çərçivəsində inzibati cəza tədbiri görmək səlahiyyəti də agentlərinin fəaliyyətini tənzimləyən MBNP-nın əsas fəaliyyət istiqamətlərindən biridir. İcbari avtosığortada ən böyük problem olan debitor borcları məsələsi pre-paid qaydasının tətbiqindən sonra öz həllini tapdığından İSB-nin yeni məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsində belə təşəbbüskarlıq etməsini Büro rəsmisinin online sığorta satışları edən saytların fəaliyyətinin yeni qaydaların tətbiqindən sonra necə olacağına verdiyi cavabda tapdığını güman edirəm. Həmin saytlara daxil olan şəxslər məlumatları daxil edən kimi İSB-nin səhifəsinə yönəldiləcəklər. Artıq icbari sığortanın satış meydanı da İSB özü olacaqdır. İSB satışları yalnız icbari avtosığorta üzərində qurulan satıcılara təxminən belə bir mesaj verir: Ya leqallaşın, ya da gedin könüllü sığorta satışları ilə məşğul olun.

İlkin Nəcəfov

Sığorta eksperti (Fins.az)

Cİİ Cert.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302