SIĞORTA

İcbari avtosığortada qaydalar dəyişir – İSB-DƏN CİDDİ ANONS
10 YANVAR
1061

İcbari avtosığortada qaydalar dəyişir – İSB-DƏN CİDDİ ANONS

2018-01-10 11:39:00
Noyabr ayının 9-da İcbari Sığorta Bürosu sığorta şirkətləri, brokerləri və agentliklərinin nümayəndələri ilə görüş keçirib. Fins.az-ın əldə etdiyi məlumata görə, Büro görüşdə fevral ayından  icbari avtosığorta üzrə nəzərdə tutduğu ciddi dəyişikliklərin anonsunu verib. Belə ki, tətbiq ediləcək ciddi yeniliklərə əsasən sığorta müqaviləsi artıq sığorta şirkətində deyil, İSB-nun platformasında yazılacaq. Bundan əlavə hər bir istifadəçi, icbari sığorta yazılan kompyuter, planşet yaxud smartfon İSB-də qeydiyyatdan keçiriləcək. İSB tərəfindən istifadəçinin səlahiyyətliliyinin MBNP vasitəsi ilə avtorizasiya, Web interfeyslə sistemə daxil olmaq üçün E-imza, mobil vasitələrlə daxil olmaq üçün isə Asan imza tələb olunacaq. Sığorta haqqı ödənilmədən sığorta şəhadətnaməsini çap etmək mümkün olmayacaq. Yeni sistem Daxili İşlər Nazirliyi ilə yanaşı Dövlət Yol Polisi və Dövlət Miqrasiya Xidməti ilə də inteqrasiya olunacaq.

Eləcə də bax:Avtosığortada saxtakarlıqlara son qoyulacaq – İSB-dən daha bir YENİLİK

Qeyd edək ki, bir qədər əvvəl İSB-dən Fins.az-ın sorğusuna cavab olaraq avtomobillərin icbari sığortası ilə bağlı yeniliklər haqqında məlumat verilmişdi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301