SIĞORTA

Sığorta şirkətləri bu nəqliyyat vasitələrindən imtina edir
08 YANVAR
774

Sığorta şirkətləri bu nəqliyyat vasitələrindən imtina edir

2018-01-08 16:34:00

Azərbaycanda sığorta şirkətləri avtobusları sığortalamaqdan imtina edirlər. Buna səbəb bu nəqliyyat vasitələrinin tam zərərli olması və nəqliyyat şirkətlərinin avtobus qəzaları ilə bağlı dələduzluq hallarına yol verməsidir. Bunu Fins.az-a açıqlamasında “Standard İnsurance” sığorta şirkətinin satış departamentinin rəhbəri Rövşən Əsgərov  deyib. Onun sözlərinə görə, sığorta şirkəti bu ildən etibarən artıq marşrut xəttinə buraxılan avtobusların icbari qaydada sığortalamaqda imtina edib. Bu nəqliyyat vasitələrində zərərlilik 85-90%-ə yüksəlib. Səbəb isə yüzlərlə dələduzluq faktlarının olmasıdır. R.Əsgərov bildirib ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər balanslarında olan nəqliyyat vasitələrinin yarısını sığortalayır. Sığortasız avtobuslar qəzaya düşəndə isə ödəniş almaq üçün sığortalı avtobusun nömrəsi ilə dəyişdirilir: “Eyni marka, model avtobuslar olduğu üçün anlaşma ilə belə dələduzluq hallarına yol verilir. Məsələn, ötə ay Sumqayıt şəhərində avtobus qəzaya düşmüşdü və 1800 manat ziyan dəymişdi. Nömrəsi dəyişdirilən avtobusa dəyən ziyanın ödənilməsi üçün “Standard İnsurance” şirkətinə müraciət edilmişdi. Hadisə araşdırıldı və dələduzluq halı aşkarlandı. Ona görə də sığorta ödənişinin verilməsindən imtina edildi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256